16.05.2025Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının təqdimatı 2025-ci il mayın 16-da Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışının təqdimatı keçirilmişdir. Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru Dr. Sevinc Qəmbərova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova gənc tədqiqatçılar üçün belə görüşlərin böyük faydasından danışmışlar. Jurnalın...
16.05.2025Elmi Şuranın növbəti iclası2025-ci il mayın 16-da Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirildi. İclası Xəzər Universitetinin rektoru vəzifəsini icra edən Prof. Məhəmməd Nuriyev açaraq, gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin nəzərinə çatdırdı. Gündəliyin birinci məsələsi olan məzunlar haqqında məlumatları Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Fəxrəndə Əfəndiyeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Raziyə İsayeva, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan vəzifəsini icra edən Aygün Verdiyeva, Təbiət elmləri, sənət və t...
14.05.2025Dillər bölməsinin koordinatoru elmi konfransda2025-ci il mayın 14-də Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru Dr. Sevinc Qəmbərova Bakı Dövlət Universitetində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Azərbaycan filoloji fikri çağdaş tədqiqatlarda” mövzusunda keçirilmiş elmi konfransda iştirak etmişdir. Dr. Sevinc Qəmbərovanın “Türk dillərində ahəng qanununun ifadə formaları” mövzusunda etdiyi məruzə maraqla qarşılanmış, suallar verilmişdir. Məruzəçi türk dillərinin dəmir qanunu hesab edilən ahəng qanununun növləri (palatal, lab...
13.05.2025“Ünsiyyət bacarıqlarının inkişafı”mövzusunda tədbir 2025-ci il mayın 13-də Xəzər Universitetinin Nərimanov kampusunda İctimai Televiziyanın “Ustad dərsi” və İctimai Radionun “Can, Azərbaycan” verilişlərinin aparıcısı, jurnalist Pərvanə Nadirqızının iştirakı ilə “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda tədbir keçirilmişdir. Universitetin Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru Dr. Sevinc Qəmbərova tədbiri açaraq, bu istiqamətdə təşkil edilən görüşlərin məqsədi, faydaları barədə məlumat vermiş, qonağı təqdim etmişdir. Jurnalist Pərvanə Nadirqızı ünsiyyət bacarıql...
13.05.2025“Anadolu Məktəbi Yazıçı Oxuları” çərçivəsində “Çölün Bilicisi Çingiz Aytmatov” mövzusunda panel2025-ci il mayın 12-də Bakı Türk Anadolu Liseyində “Anadolu Məktəbi Yazıçı Oxuları” çərçivəsində “Çölün Bilgəsi Çingiz Aytmatov” mövzusunda panel keçirilmişdir. Panelin təşkilatçısı, liseyin türk dili və ədəbiyyatı müəllimi Meral Bahar “Anadolu Məktəbi Yazıçı Oxuları” haqda məlumat vermişdir. Bakı Türk Anadolu Liseyinin müdiri Abdullah Yılmaz Anadolu Məktəbinin keçirdiyi panellər və mütaliə günlərinin türk dünyasını zəngin mədəni irs ətrafında birləşdirdiyini vurğulamış, panel iştirakçılarına uğurlar arzulamışdır. Panelin rəhbəri - Ali İzzet Ka...
12.05.2025Dillər bölməsində magistr dissertasiyasının ilkin müzakirəsi2025-ci il mayın 12-də Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsində Azərbaycan dili ixtisası üzrə təhsil alan Adikə Pərviz qızı Alməmmədovanın “Xətai Təbrizinin “Yusif və Züleyxa” əsərində əvəzliklər” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İclası bölmənin koordinatoru Dr.Sevinc Qəmbərova açaraq, komissiya üzvlərini magistrantın sənədləri ilə tanış etmişdir. Sonra Adikə Alməmmədova mövzunun aktuallığı, tədqiqatın obyekti, məqsəd və vəzifələri, quruluşu və fəsilləri, elmi yeniliyi, əldə edilmiş nəticələr, mürac...
05.05.2025ADPU Quba filialının akademik heyəti Xəzər Universitetində təcrübə proqramına start verib 2025-ci il mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının akademik heyəti Xəzər Universitetində qonaq olub. Səfər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və tədris təcrübəsinin paylaşılması məqsədilə həyata keçirilib. Görüş Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında tədris olunan fənlər üzrə təcrübə proqramı çərçivəsində təşkil olunub. Təcrübə proqramının təşkilini Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri, Dos. Dilbər Zeynalova həyata keçirib. O, qonaq...
02.05.2025Dillər bölməsinin koordinatoru Gəncə Dövlət Universitetinin dosenti ilə müştərək dərs keçmişdir2025-ci il mayın 2-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin kordinatoru Dr. Sevinc Qəmbərova Gəncə Dövlət Universitetinin dosenti Aytən Əhmədova ilə birlikdə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə “Elmi məqalələrin yazılması və nəşri” mövzusunda müştərək dərs keçmişlər. Dərsdə elmi məqalələrin tərtibinə verilən tələblər, mövzuların seçilməsi, ədəbiyyatların toplanılması və istifadəsi, kodlaşdırmanın aparılması qaydaları, məqalələrin quruluşu və nəşri, plagiatlıq hallarının aşkara ...
30.04.2025"B. Pasternak, İ. Brodski: Rus şeirində iki səs, bir əks-səda..." mövzusunda seminar2025-ci il aprelin 30-da Xəzər Universitetində Dünya ədəbiyyatı fənni çərçivəsində AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu "B. Pasternak, İ. Brodski: Rus şeirində iki səs, bir əks-səda..." adlı seminar keçirib. Dillər və ədəbiyyatlar departamentinin müəllimləri - filologiya üzrə fəlsəfə doktorları Ülvi Babasoy və Qardaşxan Əzizxanlının açılış nitqləri ilə başlayan seminar S. Babullaoğlunun B. Pasternak və İ. Brodski poeziyasından nümunələrin təhlilləri ilə müşayiət olunub. Ü. Bab...
29.04.2025Kaspi Liseyinin Bakıxanov filialında abituriyentlərlə görüş2025-ci il aprelin 29-da Kaspi Liseyinin Bakıxanov filialında abituriyentlərlə görüş keçirilmişdir. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy abituriyentlərə universitetin tədris prosesi və təhsil imkanları barədə ətraflı məlumat vermişdir. Universitetin Psixologiya Mərkəzinin direktoru Mələk Kərimova vaxtın idarə edilməsi, imtahan prosesində həyəcanın aradan qaldırılması və səmərəli çalışma metodları ilə bağlı tövsiyələrini bildirmişdir....
24.04.2025“Azerbaycan edebiyatında tarihi roman” kitabının təqdimatı2025-cü il aprelin 24-də Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Kafkas Universitetinin (Türkiyə, Kars) müəllimi Dr. Könül Qulusoyun Türkiyədə çap olunmuş “Azerbaycan edebiyatında tarihi roman” kitabının təqdimatı keçirildi. Tədbirdə Dillər və ədəbiyyatlar departamentinin əməkdaşları, filologiya, tarix müəllimliyi ixtisaslarının tələbələri, AMEA Ədəbiyyat İnstitutunun professoru B. Əhmədov, Folklor İnstitundan Əli Şamil, görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov və digər univer...
21.04.2025Dillər bölməsinin koordinatorunun həmmüəllifi olduğu məqalə "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalındaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamenti Dillər bölməsinin koordinatoru Sevinc Qəmbərovanın BMU-nun dosenti Zabitə Teymurlu ilə həmmüəllif olduğu "Akademik kommunikasiyada Azərbaycan dilinin yeri" adlı məqalə Azərbaycan Respublikaı Elm və Təhsil Nazirliyinin "Azərbaycan dili və ədəbiyyat tədrisi" jurnalının "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş xüsusi buraxılışında dərc edilmişdir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasına daxildir. Həmçinin E...
18.04.2025Dillər və ədəbiyyatlar depatamentinin müdiri Türkmənistanda keçirilən Beynəlxalq konfransdaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova 2025-ci il aprelin 17-18-də Məxtumkuli adına Türkmənistan Dövlət Universitetində YUNESKO-nun “Mədəni irs: keçmişdən gələcəyə” kafedrasının təşkilatçılığı ilə distant formatda keçirilən “Mədəni irsin öyrənilməsi və qorunmasında sülhün və etibarın rolu” mövzusunda beynəlxalq elmi konfransında çıxış etmişdir. Türkmənistan ali təhsil, elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, alimlərin, tədqiqatçıların, doktorantların, YUNESKO-nun kafedra və nüm...
17.04.2025Şuşa İslam dünyasının mədəniyyət paytaxtı – 2024” ilinin bağlanış mərasimi və I İslam Dünyası Mədəniyyət Forumu2025-ci il aprelin 17-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Şuşa Hotel”in Üzeyir Hacıbəyli salonunda “Şuşa İslam Dünyasının Mədəniyyət Paytaxtı – 2024” ilinin bağlanış mərasimi və “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu keçirilmişdir. Beynəlxalq tədbirdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy da iştirak etmişdir. Forumda Azərbaycanın və dünyanın mədəniyyət xadimləri Qarabağ və Azərbaycanı...
16.04.2025Türkologiyaya yeni töhfəXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru Dr. Sevinc Qəmbərlinin həmmüəlliflərindən biri olduğu “Türk dillərinin müqayisəli tədqiqi” kitabı işıq üzü görmüşdür. Kitab AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi Dos. İnci Qasımlının təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Kitabda 10-dan çox türkoloq-alimin müxtəlif türk dillərinə aid olan araşdırmaları və bu dillərə məxsus lüğətlər yer almışdır....
13.04.2025Gələcəyini Qur!” layihəsinin iştirakçıları “Xəzər”də2025-ci il aprelin 13-də “Gələcəyini Qur!” layihəsinin iştirakçıları olan 10 və 11-ci sinif şagirdləri ilə universitetin Mərmər salonunda görüş keçirildi. Tədbir “Gələcəyini Qur!” Layihəsinin həmtəsisçisi Bəhruz Hidayətzadə və Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı Raziyə İsayevanın çıxışları ilə başladı. Dillər və Ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy universitet haqqında təqdimatla çıxış etdi və abituriyentlərin suallarını cavablandırdı. Layihənin ötən illərinin məzunları - hazırda Xəzər Universiteti...
17.03.2025İsmayıllı şəhəri Niyal kurslarının dinləyiciləri ilə görüş2025-ci il martın 17-də Xəzər Universitetinin Mərmər salonunda İsmayıllı şəhəri Niyal kurslarının dinləyiciləri ilə görüş keçirilmişdir. Universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy abituriyentlərə universitetin tədris prosesi və təhsil imkanları barədə ətraflı məlumat vermişdir. Niyal kurslarının məzunu, Xəzər Universitetinin İbtidai sinif müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Sevda Nəbiyeva universitetdəki pozitiv ovqat və keyfiyyətli tədris prosesi ilə bağlı öz təəssüratlarını bölüşmüşdür. Universitetin Ps...
13.03.2025Tələbələr Bakı Yunus Əmrə İnstitutunda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə tələbələri 2025-ci il martın 13-də Yunus Əmrə İnstitutunda Beşir Ayvazoğlunun “Evə dönən şair: Yahya Kemal” adlı seminarında iştirak etdilər. Seminar Yahya Kemal`ın keşməkeşli həyatına və ədəbi yaradıcılığına həsr olunmuşdu. Tədbirin birinci hissəsi Yahya Kemal`ın ailə durumu, təhsili, maraqları kimi mövzuları əhatə etsə də, ikinci hissəsində ədibin şeirləri oxundu və həyatına dair bir çox şəkil təqdim edildi. Sonra iştirakçıların m...
12.03.2025Televiziya və radio aparıcısı Saleh Bağırovla tələbələrin görüşü2025-ci il martın 12-də Karyera və Məzunlar Mərkəzinin və Dillər və Ədəbiyyatlar departamentinin birgə təşkilatçılığı ilə Xəzər Universiteti Nərimanov korpusunun İnciçiçəyi salonunda Azərbaycan dili və ədəbiyyat müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə təhsil alan tələbələr üçün televiziya və Radio aparıcısı, aktyor Saleh Bağırovun “Qloballaşan dünyada ədəbi danışıq dilinin və düzgün nitqin əhəmiyyəti” mövzusunda seminarı keçirildi. Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva tədbiri açaraq, Mərkəzin...
11.03.2025Dərs zamanı Çərşənbə adətləri2025-ci il martın 11-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Aynur Qəzənfərqızı dərsdə Novruz adətlərini tətbiq etdi. Müəllim əvvəlcə tələbələrə Novruz bayramının zəngin adət ənənələri barədə ümumi məlumat verdi. Sonra bu adətləri dərs mövzusuna uyğun şəkildə tətbiq etmək məqsədilə tələbələrinə vəsfi-hal mərasimini tanıtdı. Vəsfi-hal Novruzun ənənəvi adətlərindən biridir. Bu mərasimdə hər bir iştirakçı özünə aid bir zinət əşyasını su dolu bir kasaya qoyur və kasanın üstü süfrə ilə örtülür. Ardınca bayatı o...
07.03.2025Buraxılış imtahanına psixoloji hazırlıq " adlı vebinar2025-ci il martın 7-də Xəzər Universiteti İsmayıllı rayonundakı “Niyal kursları” ilə birgə "Buraxılış imtahanına psixoloji hazırlıq" adlı vebinar keçirmişdir. “Niyal kursları”nın müdiri Həsən Məmmədov giriş sözü ilə çıxış etmiş və vebinarın əhəmiyyətini vurğulamışdır. Vebinarda Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy universitetin tədris prosesi və təhsil imkanları barədə ətraflı məlumat vermişdir. Psixologiya departamentinin koordinatoru, psixoloq Mələk Kərimova vaxtın idarə edilməsi, imtahan prosesində həyəcanın aradan qa...
28.02.2025Dillər və ədəbiyyatlar departamentinin müəlliminə fəlsəfə doktoru diplomu təqdim edilibAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 fevral 2025-ci il tarixli qərarı ilə Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin doktorantı, həmçinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi İlkiyyə Hacıyevaya (Məmmədova) 5716.0 – Azərbaycan ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Fəlsəfə doktoru diplomu İ.Hacıyevaya fevralın 28-də təqdim edilmişdir....
27.02.2025Dillər və ədəbiyyatlar departamentinin Bakı Yunus Əmrə İnstitutu ilə birgə seminarı2025-ci il fevralın 27-də Bakı Yunus Əmrə İnstitutunun təşəbbüsü və Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə Nərimanov kampusunda “Oxumaq, yazmaq və yaşamaq” adlı seminar keçirilib. Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun direktoru Güven Çolak, Dillər və ədəbiyyatlar departamentinin müəllim heyəti və universitet tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova iştirakçıları və qonaqları salamlayaraq, “Türkiyə və Türkoloji Konfranslar Si...
27.02.2025Dillər və ədəbiyyatlar departamentinin müəllimi APA-ya müsahibə veribXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Dos. Rasim Heydərov APA-ya müsahibə verib. Müsahibə ərzində dilin tərkibi, dilə əcnəbi sözlərin gətirilməsi, onların xalq tərəfindən mənimsənilməsi prosesi, dil hadisələrində dilçi və alimlərin, yazıçıların, tərcüməçilərin və xalqın rolu, yeni lüğətlərin yaranma prinsipləri, TV, radio və ümumilikdə, medianın dilə təsiri, gənclərin nitq bacarıqlarında müasir təhsilin funksiyası və adların qoyulmasında Dilçilik İnstitutunun ...
26.02.2025Xəzər Universitetində Xocalı faciəsinin 33-cü ildönümü anılıb 2025-ci il fevralın 26-da Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə universitetin Nərimanov kapmusunda “Köhnə çamadanlar” filminin nümayişi və yaradıcı heyətlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan departamentin müdiri Dos. Dilbər Zeynalova qonaqları salamladıqdan sonra Xocalıda və ümumilikdə vətən uğrunda şəhid olanların xatirəsi yad olunub. “Köhnə çamadanlar” filmində I və II Qarabağ müharibəsində insan taleləri (xüsusilə qadınların) və onların faciələrindən bəhs olunub. Filmin rejissoru Saida Haq...
22.02.2025Alman dili müəllimləri elmi seminardaXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin Alman dili müəllimləri Şəlalə Mirzəyeva və Sevinc Allahverdiyeva 2025-ci il fevralın 22-də Azərbaycan Alman dili Müəllimləri Birliyi (DLV) və Alman Akademik Mübadilə Mərkəzi (DAAD) Bişkek filialının birgə təşkil etdikləri seminarda iştirak ediblər. Azərbaycan Dillər Universitetinin Germanistika Mərkəzində keçirilən ikigünlük seminarın moderatorları DAAD-nin Bişkek nümayəndəsi Anja Lange və Guldastan İsmayılova olublar. Seminarın birinci günündə “Elmi işlər və onların yazılması qaydaları”...
21.02.2025“Dilimiz kimliyimizdir: Dilimizi qoruyaq!”2025-ci il fevralın 21-də Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun təşkilatçılığı ilə universitetin Mərmər salonunda “Dilimiz kimliyimizdir: dilimizi qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi Azərbaycan dilinin hazırkı səviyyəyə çatmaq üçün hansı çətinliklərdən keçdiyini, necə formalaşdığını və ən əsası dilimizi necə qorumalı olduğumuzu iştirakçılara çatdırmaq idi. Tədbir Azərbaycan Dövlət Himninin ifası ilə başlandı. Xəzər Universitetinin birinci kurs tələbələri Nigar Ələsgərli və Pəri N...
20.02.2025Tələbələr Qanun Nəşriyyatında filoloji təcrübəyə başlayıblar2025-ci il fevralın 20-də Xəzər Universitetinin Mərmər salonunda Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kurs tələbələrinin filoloji təcrübəsi ilə bağlı iclas keçirilib. İclası Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan əvəzi Aygün Verdiyeva giriş sözü ilə açıb və tələbələrə uğurlar arzulayıb. Filoloji təcrübənin rəhbəri, Dillər və ədəbiyyatlar departamentinin müəllimi Ülvi Babasoy təcrübə haqqında məlumat verib. Qanun Nəşriyyatının İnsan resursları üzrə mütəxəssisi Zərifə Məmmədova tələbələrin nəşriyyatda görəcəklə...
20.02.2025“Dil və cəmiyyət: müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə 2025-ci il fevralın 20-də “21 fevral - Beynəlxalq ana dili günü” çərçivəsində “Dil və cəmiyyət: Müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarın məqsədi dil və cəmiyyətin qarşılıqlı əlaqəsini dəyişən cəmiyyətin prinsipləri çərçivəsində müasir yanaşmalarla izah etmək olub. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova seminarı açıq elan etdikdən sonra tədbir əsas məruzəçilərin çıxışları ilə davam ed...
17.02.2025Dillər və ədəbiyyatlar departamenti müəlliminin “Boz dünyaya səyahət” adlı kitabı çap olunubXəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi, yazar, ədəbiyyatşünas fil.ü.f.d.Yeqzar Cəfərlinin “Boz dünyaya səyahət” adlı kitabı işıq üzü görüb. Üç bölmədən ibarət olan kitabda müəllifin indiyə kimi yazdığı bütün bədii əsərləri toplanıb. “Boz kəpənək” adlı I bölmədə müəllifin müxtəlif səpkili şeirləri verilib. “Qəhvəyi pencəkli oğlan” adlı II bölmə hekayələrdən ibarətdir. III bölmədə isə “Daşlar ulduzlarla görüşəndə” adlı roman yer alıb. “Boz dünyaya səyahət” müəllifin sayca dördüncü kitabıdır. Bundan qabaq onun “Əli Fəhm...